33 C
Baku
20 İyul 2025, 19:04
Baş xəbər

Ulu öndərə sonsuz minnətdarıq

“Hər bir xalqın həyatında önəmli bir şəxs olur. O şəxs həmin xalqı bir ideologiya, amal ətrafında birləşdirir. Məhz belə şəxslər dövlətin güclənməsi üçün çalışır, onun gələcək planlarının dəqiq və konkret sxemini qurur. İnsanları şəxsi amaldan əlavə olaraq ümumxalq bir amal uğrunda çalışmağa səsləyir. Təkcə biz yox, bütün dövlətlər belə şəxslərə dahi deyir. Nə xoş ki, bizim də Heydər Əliyev kimi belə bir dahi şəxsiyyətimiz olub. İndi biz hər maneyəni, yaranan hər vəziyyəti onun qurduğu yol ilə asanlıqla keçə bilirik”.

Bu sözləri Bugun.tv-yə “Artmood Agency” MMC-nin rəhbəri Xəyalə Mütəllimova deyib:

“Ulu öndərin gələcəyimiz üçün qurduğu yollardan birini də mən “Azərbaycan qadınının yolu” olaraq adlandırmaq istəyirəm. Bu yolu yalnız Azərbaycan qadınının tarixi inkişaf dövrünü, qadının hansı mərhələlərdən, hansı vəziyyətlərdən keçərək bu günümüzə qədər çatdığını anlayan insan qura bilərdi. O Sara Xatunı, Tomrisi, Xurşudbanu Natəvanı, Leyla Məmmədbəyovanı, pambıq tarlalarında dayanmadan çalışan zəhmətkeş Azərbaycan qadınlarını yaxşı tanıyırdı. İndi isə dövr Azərbaycan qadınının beynəlxalq arenalarda, siyasətdə, mədəniyyətdə, iqtisadiyyatda həmçinin sahibkarlıqda da söz sahibi olması dövrü idi. Bunun üçün bir strategiya, bir yol qurmaq isə Heydər Əliyevin ən vacib amallarından biri oldu. Onun sayəsində işçi olaraq belə möhkəmlənməkdə çətinlik çəkən qadın, artıq sahibkar qadın kimi dirçəldi. Bununla da sübut oldundu ki, diqqət və qayğı nəticəsində qadının bacarmayacağı iş, yüksələ bilməyəcəyi zirvə yoxdur. Qadına güvən hissini geri qaytaran dahi şəxs, Ulu öndərə sonsuz minnətdarıq.

Ümummilli lider Heydər Əliyevin qurduğu bu yolu daha da inkişaf etdirən, genişləndirib şaxələndirən ölkə prezidentimiz İlham Əliyevin də bu yöndə xidmətləri, diqqət və qayğısı danılmazdır. Ölkəmizdə sahibkar qadınlar üçün yaradılan şərait Azərbaycanın iqtisadi və mədəni həyatına öz töhfəsini verir.

Aynur Camal

Oxşar xəbərlər

Deputat: “Rusiyanın daxili siyasətində xaos vəziyyətdir”

Aynur Camal

Ötürücü stansiyalardan oğurluq edənlər saxlanıldı

Teymur Əziz

BMT: İordan çayının qərb sahilində 150-dən çox fələstinli uşaq öldürülüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu