33 C
Baku
20 İyul 2025, 19:14
Baş xəbərSosial

Ulu Öndərin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Hərbi konfrans

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş fakültənin Tələbə Elmi Cəmiyyətinin V elmi-praktik konfransı keçirilib.

Bugun.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Konfransda Tibb İdarəsinin və Hərbi Tibb Fakültəsinin tibb xidməti zabitləri, Milli Müdafiə Universitetinin, Azərbaycan Tibb Universitetinin müəllim-professor heyəti, tələbə və kursantlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Bildirilib ki, müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğunun hərbi tibb sahəsində də yeniliyə imza atılaraq, müasir hərbi tibb elminin inkişafına, peşəkar hərbi həkim kontingentinin yaradılmasına nail olunub.

Konfransda uğurlu fəaliyyətin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasına hərbi tibb personalının verdiyi böyük töhfələrdən danışılıb, tibb sahəsində aktuallığı ilə əhəmiyyət kəsb edən elmi mövzular üzrə məruzələr, çıxışlar dinlənilib və ətraflı müzakirələr aparılıb.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ümumilikdə yüksək qiymətləndirilərək, nəzəri və praktiki təcrübələri daha da dərinləşdirməyin, qeyd olunan mövzular üzrə araşdırmaların aparılmasının vacibliyi tövsiyə olunub.

Sonda bir qrup zabit, kursant, müəllim və tələbə heyəti mükafatlandırılıb, onlara sertifikatlar təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

İranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanıldı-FOTO

Nigar Məmmədova

“Fransa bu əraziləri əldən buraxmaq istəmir” -VİDEO

Aynur Camal

Prezident Bayden namizədliyini irəli sürməyi planlaşdırır

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu