YÜZ İLLİK TARİX – HEYDƏR ƏLİYEV ƏSRİ
“Bir xalqın tükənməz sərvəti onu düşünən, ona misilsiz xidmətdən bir an belə yorulmayan, xalq üçün yaşayan, xalq üçün qurub-yaradan, ən qarışıq siyasi məsələləri illər öncə görən və xalqın xeyrinə həll edə bilən, tarixi yol açan, bir dövlətin statusunu, adını, gücünü qısa müddətdə təsdiq edən, tanıtdıran, dərin xaosa əbədi nizam gətirən şəxsiyyətdir! Bir xalqın özünə edə biləcəyi ən böyük yaxşılıq, doğru rəhbər seçə bilməkdir!
Bir əsrlik tarixdə əməllərin, sonrakı əsrlərə isə əməllərinin işığı düşür, Həmişəyaşarımız!
Biz bu əsrə qurtuluşu, müstəqilliyi, dirçəlişi, Zəfəri sığdırmışıq! Biz bu əsrə Qarabağa qayıdışı nəsib etmişik! İmzaların içində imzamız, ürəyimizin içində HEYDƏR ƏLİYEVə ehtiram yaşayır!
Bir əsrlik təşəkkürümüz var bizə tarixi irs qoyan, zəkasından pay verib Ali baş komandan yetişdirən, birliyimizin, sabitliyimizin təminatını vəsiyyət edən ÖLMƏZ LİDERƏ!
Üç ildir Zəfər, 32 ildir müstəqillik yaşayan bir xalqın qəlbində 100 ildir Heydər Əliyev adlı düha yaşayır..
Bir əsrlik tarixi var Heydər Əliyev adlı ehtiramın…
Bu tarix etibara, bu tarix mənəviyyata, bu tarix tükənməz sevgiyə dayanır…
Bu ömür xalqın taleyinə calanıb.
Heydər Əliyev adlı tarix bir əsrlik və sonsuza doğru yol alan azərbaycançılıq tarixidir!
Milli məfkurənin təsdiqi, sübutu və qələbəsidir!
Ruhuna salam olsun, tarix yazan şəxsiyyət!
Ruhuna Şuşadan, İsa bulağından, Ağdamın Cümə məscidindən salam olsun!
Kəlbəcərdən, İstisudan salam olsun ruhuna!
Cıdır düzündə yenicə çiçək açmış Xarıbülbüldən salam olsun!
Gələcəyini işığa çıxarıb etibar etdiyin, uğrunda haqq tələb etdiyin, ədalət bərqərar etdiyin, sakitlik, xoşbəxtlik təmin etdiyin Şuşalı, QARABAĞLI, qalib AZƏRBAYCANLI nəvəndən salam olsun!”
Maya İmran