3 C
Baku
14 Dekabr 2025, 9:14
Dünya

“Ulu öndərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı sosial media hesabında Azərbaycanın dövlətçilik tarixində Ulu Öndərin misilsiz xidmətlərini xatırladıb.

Deputat bildirib ki, hər il 12 dekabr Azərbaycan xalqı üçün həm böyük kədər, həm də dərin ehtiram günü kimi qeyd olunur:

“Bu gün biz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevi anırıq. Onun həyatı xalqımızın taleyi ilə qırılmaz tellərlə bağlıdır və irsi bu gün də dövlətçiliyimizin sarsılmaz dayağı olaraq qalır”.

Ceyhun Məmmədov Ulu Öndərin həyat yoluna nəzər salaraq qeyd edib ki, Heydər Əliyev 1923-cü ildə Naxçıvanda anadan olub, yüksək intellekti və idarəçilik bacarığı sayəsində qısa müddətdə yüksələrək 1969-cu ildə respublikaya rəhbər təyin edilib.

“Heydər Əliyevin 1969–1982-ci illərdəki rəhbərliyi Azərbaycanın sənaye, kənd təsərrüfatı, elmi və mədəni inkişafında yeni mərhələ yaratdı. O illərdə formalaşan milli özünüdərk və iqtisadi potensial sonradan müstəqilliyimizin bərpası üçün möhkəm zəmin oldu,” — deyə deputat vurğulayıb.

Deputat həmçinin qeyd edib ki, Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək mövqeyə yüksəlməsi onun beynəlxalq nüfuzunun göstəricisi olsa da, o, hər zaman Azərbaycan sevgisini qəlbində daşıyırdı:

“1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra Bakıya gələrək xalqla həmrəylik nümayiş etdirməsi onun vətəninə sədaqətinin ən bariz nümunəsi idi”.

Ceyhun Məmmədov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi:

“Ulu Öndərin ölkəyə rəhbərliyə qayıdışı tariximizə ‘Milli Qurtuluş’ kimi həkk olunub. Onun həyata keçirdiyi siyasət sabitlik, inkişaf və güclü dövlət quruculuğu üçün əsas yaratdı”.

Deputat əlavə edib ki, “Əsrin müqaviləsi”, neft strategiyası, ordunun gücləndirilməsi və beynəlxalq arenada apardığı uğurlu siyasət Azərbaycanı regionun liderinə çevirdi.

Ceyhun Məmmədovun sözlərinə görə, bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir:

“44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpası Ulu Öndərin qoyduğu möhkəm təməllərin nəticəsidir”.

Deputat sonda Ulu Öndərin əziz xatirəsini dərin hörmətlə anıb:

“Ruhunuz şad olsun, Ulu Öndər! Sizin qurduğunuz güclü dövlət, yaratdığınız ideyalar və qoyduğunuz dəyərlər gələcək nəsillər üçün əbədi ilham mənbəyidir”.

Aynur Camal

Oxşar xəbərlər

Meloni: “Beynəlxalq humanitar hüquqa hörmət edin”

Aynur Camal

Zelenski əsgərlərə qarşı edilən vəhşiliyə reaksiya verdi

Aynur Camal

Qərbi İrana yeni hava zərbələri endirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu