24 C
Baku
5 Sentyabr 2025, 6:06
Baş xəbərSiyasət

“Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında danışıqlar masa arxasında həll olunacaq”

“Beynəlxalq ictimaiyyətin dəstəyi və danışıqlar yolu ilə Cənubi Qafqazda hərtərəfli sabitliyə və sülhə nail olmaq çox vacibdir”.

Bu sözləri Estoniya Prezidenti Alar Karis Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyanla görüşdən sonra feysbukda yazıb.

O, Azərbaycanla Ermənistan arasında mövcud gərginliyin danışıqlar masası arxasında həll olunacağına ümid etdiklərini vurğulayıb: “Estoniyanın dinc və sabit görmək istədiyi Cənubi Qafqaz regionu Ermənistanın uğurlu və firavan gələcəyi üçün zəruri ilkin şərtdir”.

  Qeyd edək ki, yanvarın 16-da Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada səfərdə olub. Səfər zamanı o, Estoniya Prezidenti Alar Karislə görüşüb.

Aynur Camal

Oxşar xəbərlər

“Medianın ayaqda qalması üçün yeni maliyyə resursları müəyyən edilməlidir” – Razi Nurullayev

Aynur Camal

Qanunsuz işləyən anbarın fəaliyyəti məhdudlaşdırılıb

Bugün TV

Göyçayda vətəndaşlardan odlu silahlar götürüldü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu