15 C
Baku
24 Oktyabr 2025, 3:50
Baş xəbərSosial

“Ümid Yeri” ilk uşaq sığınacaq evi

Ölkəmizdə hər zaman olduğu kimi ön planda görülən işlərdən biri də ata-ana himayəsindən məhrum olan uşaqlara göstərilən diqqət və qayğıdır.

Bugun.tv xəbər verir ki, bu xidmətlərdən birini də  jurnalist Mənsumova Nigar Arzuman qızı həyata keçirməkdədir.

Azərbaycan Televiziyasında və bir çox qəzetlərdə redaktor kimi fəaliyyət göstərən Nigar xanım 1997-ci ildə özünün təşəbbüsü ilə ölkəmizdə bir çox ailə himayəsindən məhrum olan uşaqlara qayğı götərmək üçün “Ümid Yeri” ilk uşaq sığınacağını təsis edib. Və dərhal da küçə həyatına məruz qalan uşaqlar bu sığınacağa gətirilməyə başlayıblar.

“İlk gündən məqsədimiz doğmaları tərəfindən tərk edilən, vaildeyin himayəsindən məhrum olan və ümumiyyətlə həyatda çətin vəziyyətdə olan uşaqları normal həyata qaytarılması üçün çalışırıq. 28 ildir ki, uğurla davam edən bu layihə bir çox uşaqların üzünü güldürüb, qaranlıq həyatlarına işıq verib. Onlar bu sığınacağa daxil olan ilk gündən tibbi müayinədən keçirilirlər, eyni zamanda uşaqlarla sosial-psixoloji adaptasiya işləri aparılır və təhsilə cəlb olunurlar” deyən Nigar xanım onu da əlavə edib ki, müəyyən yaşı olan uşaqlar isə müxtəlif peşələrə yönləndirilirlər. Qeyri-Hökumət Təşkilatı formatında fəaliyyət göstərən “Ümid Yeri” xeyriyyə cəmiyyəti ictimai birliyi tərkibində yaratmış olduğu sığınacaq evini yaşatmaq üçün davamlı olaraq dövlət strukturları ilə sonra Azərbaycan da fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq şəraitində çalışır. Sığınacağa Heydər Əliyev Fondunun verdiyi dəstəyi bizim üçün çox önəmlidir. Fondun sayəsində uşaqlar daha normal qidalanır, daha gözəl həyat fəaliyyətlərini davam etdirirlər. Uşaqların təhsilə, normal həyata daha sürətlə cəlb olunması üçün onlarla xeyli sayda psixoloqlar, müəllim-pedaqoqlar çalışırlar.

Sözügedən “Ümid Yeri” xeyriyyə cəmiyyəti ictimai birliyinin Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində Sosial Agentliyi ilə əməkdaşlığı da uşaqların sonrakı taleyini müəyyənləşdirir.

Bu dəstəklər sayəsində uşaqlar təhsil almaqla yanaşı həm də asudə vaxtlarını səmərəli keçirirlər. Belə ki, sığınacaqda uşaqlar xalçaçılıq, müxtəlif əl işləri, rəssamlıq, müxtəlif idman növləri, texnologiya dərslərini alırlar. Həmçinin “Ümid Yeri”-nin ayrıca olduğu xor dərnəkləri uşaqların ən sevdiyi məşğuliyyətlərdən biridir” deyə Nigar xanım müsahibəsi zamanı bildirib.

Jurnalist, “Ümid Yeri” uşaq sığınacaq evinin təsisçisi Nigar Mənsumova Arzuman qızı
Aynur Camal

Oxşar xəbərlər

“ChatGPT” sınaqlar zamanı təzyiq altında yalan söylədi

İntizar Əmirova

Birinci sinfə şagird qəbulu ilə bağlı canlı yayım olacaq

Aynur Camal

Tramp administrasiyasına etiraz edən senator 25 saat podiumda qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu