“Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırmış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan vermişdir”.
Bu sözləri Milli Məclisin deputatı İlham Məmmədov Bugun.tv-yə söyləyib.
Deputat bildirib ki, müstəqil Azərbaycan gənclərinin ilk respublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, Dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin böyük önəm verdiyi sahədir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. 1997-ci ildən, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi gənclər sahəsində də həyata keçirdiyi bənzərsiz siyasətin bariz nümunəsidir ki, bu gün ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc keyfiyyətli, bilikli kadr kimi yetişir, Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması uğurla gedir. Azərbaycan gəncləri Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədə xüsusi fədakarlıqlar göstərmişdir. Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi ürəkdən təbrik edir, onlara gələcək həyatında müvəffəqiyyətlər arzulayıram. qurucuları adlandırmış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan vermişdir. Müstəqil Azərbaycan gənclərinin ilk respublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, Dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin böyük önəm verdiyi sahədir. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. 1997-ci ildən, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi gənclər sahəsində də həyata keçirdiyi bənzərsiz siyasətin bariz nümunəsidir ki, bu gün ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc keyfiyyətli, bilikli kadr kimi yetişir, Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması uğurla gedir. Azərbaycan gəncləri Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədə xüsusi fədakarlıqlar göstərmişdir. Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi ürəkdən təbrik edir, onlara gələcək həyatında müvəffəqiyyətlər arzulayıram.