10 C
Baku
16 Aprel 2025, 21:56
Baş xəbərSosial

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan barneli ucaldıdı

Bugun.tv-yə daxil olan məlumata görə, “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, Milli Sərhəd Strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları sərt iqlim şəraitində mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxmış, orada Azərbaycan Respublikasının Dövlət Bayrağını və “Həyatı nəsillərə nümunə olan və xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider Heydər Əliyev – 100 il” sözləri yazılmış barneli ucaltmış, Dövlət Himnini ifa ediblər.

Yürüş iştirakçıları zirvədə “Müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaqdır” sözləri əks olunmuş metal lövhəni qaya üzərində bərkidilmiş.

Mənbə: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Aynur Camal

Oxşar xəbərlər

Zelenski üzərində silah gəzdirdiyini söylədi

Nigar Məmmədova

Qarın qalınlığı 2 metrəyə çatdı

Kəmalə Sultan

Şəhid ailələri və müharibə iştirakçılarına dövlətdən dəstək – FOTO/VIDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu