26 C
Baku
11 Sentyabr 2025, 19:35
Baş xəbərSosial

UNAIDS-in İcraçı direktoru ilə görüş keçirilib

Bugun.tv xəbər verir ki, X Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) İcraçı direktoru, BMT-nin Baş katibinin müavini xanım Vinni Byanyima arasında görüş keçirilib.

Qlobal Bakı Forumunda iştirak etdiyinə görə UNAIDS-in İcraçı direktoruna təşəkkürünü bildirən Teymur Musayev Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini vurğuladı. X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima Forumun çox yüksək səviyyədə təşkil olunduğunu dedi. UNAIDS-in İcraçı direktoru Azərbaycanın AİDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirdi.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

Aynur Camal

Oxşar xəbərlər

Arabica qəhvəsinin qiyməti yeni rekorda imza atıb

Aynur Camal

“Tərtər işi” ilə bağlı 19 nəfər azadlığa buraxıldı – RƏSMİ

Nigar Məmmədova

Paltar qurutma maşını partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu