8 C
Baku
22 Dekabr 2025, 0:26
Dünya

UNESCO-da Dünya Türk Dili Ailəsi Gününün təsis edilməsi ilə bağlı tarixi qərar verildi

“Ötən ay UNESCO-nun Səmərqənd şəhərində keçirilən konfransında hər il dekabrın 15-nin “Dünya Türk Dili Ailəsi Günü” kimi qeyd edilməsi barədə tarixi qərar qəbul edilib”.

Bugun.tv– xəbər verir ki, bu barədə məlumatı politoloq Aqil Məmmədov öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, son illər türk dövlətləri arasında mənəvi, siyasi və iqtisadi bağlılığın əhəmiyyətli dərəcədə möhkəmləndiyi, türk dövlətlərinin liderlərinin xalqlar arasında qardaşlıq körpüsünün gücləndirilməsi üçün vacib addımlar atdığı vurğulanır.

Türk Dövlətləri Təşkilatının 12-ci Sammiti zamanı qəbul edilən Qəbələ Bəyannaməsinin təşkilat üçün yeni mərhələnin başlanğıcı olduğu bildirilir. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” çağırışı isə türk coğrafiyası üçün birlik və bərabərlik naminə mühüm hədəf kimi dəyərləndirilir.

Qeyd edilir ki, bu hədəflərə çatmaq üçün əsas vasitələrdən biri ortaq dil ideyasının sürətlə reallaşdırılmasıdır. Bu baxımdan 2026-cı ilin xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Həmin il Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd ediləcək.

Bununla yanaşı, 2026-cı ildə “Dildə, fikirdə, işdə birlik” şüarının müəllifi İsmayıl bəy Qaspıralının anadan olması qeyd olunacaq. Onun türk xalqlarının maariflənməsi, ortaq dil və mədəniyyət birliyinin formalaşmasında mühüm rol oynadığı diqqətə çatdırılır.

Politoloqun fikrincə, İsmayıl bəy Qaspıralının yubileyinin bütün türk dövlətlərində yüksək səviyyədə qeyd edilməsi, həmçinin onun adına dil və ədəbiyyat təqaüdünün təsis olunması məqsədəuyğun olardı.

Aynur Camal

Oxşar xəbərlər

PKK-ya qarşı nöqtə əməliyyatı keçirildi

Kəmalə Sultan

“Qatar Airways” Sudana uçuşları dayandırdı

Bugün TV

Doğum nisbətlərinin aşağı düşməsi bunu da reallaşdırdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu