16 C
Baku
16 Oktyabr 2025, 20:52
Baş xəbərDünyaHadisə

Universitetinin tələbələri cəzalandırıldı 

Bugun.tv xəbər verir ki, Təbriz Tibb Elmləri Universitetinin 9 tələbəsi cəzalandırılıb. Universitetin İntizam Komissiyasının qərarına görə, onlar iki semestr təhsildən kənarlaşdırılıblar. Buna, qızların təhsil aldığı məktəblərə kimyəvi hücumlar nəticəsində şagirdlərin kütləvi zəhərlənməsinə tələbələrin etiraz etmələri səbəb olub.

Universitetin İntizam Komissiyasının verdiyi qərarda təhsildən məhrum edilən tələbələr “iğtişaş və qarışıqlıq yaratmaq”da ittiham olunublar.

Bundan bir müddət öncə isə Təbriz Universitetinin 40 öyrəncisinə mesaj göndərilib və onlardan İntizam Komissiyasına getmələri tələb edilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.

Onların bir çoxunun barəsində “hökumətə qarşı təbliğat aparmaq” ittihamı irəli sürülüb.

Mənbə: Azadİran

Kəmalə Sultan

Oxşar xəbərlər

Müəllimin uşağın evinə gəlib onun yaşayış şəraitini yoxlamaq hüququ varmı?

Aynur Camal

İşğalın Livana qarşı davam edən hücumlarında şəhidlər və yaralananlar var

Aynur Camal

Qərbi Balkan ölkələri öz gələcəyini Aİ-yə inteqrasiyada görür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu