16 C
Baku
17 Oktyabr 2025, 7:03
Baş xəbərDünyaHadisə

Universitetinin tələbələri cəzalandırıldı 

Bugun.tv xəbər verir ki, Təbriz Tibb Elmləri Universitetinin 9 tələbəsi cəzalandırılıb. Universitetin İntizam Komissiyasının qərarına görə, onlar iki semestr təhsildən kənarlaşdırılıblar. Buna, qızların təhsil aldığı məktəblərə kimyəvi hücumlar nəticəsində şagirdlərin kütləvi zəhərlənməsinə tələbələrin etiraz etmələri səbəb olub.

Universitetin İntizam Komissiyasının verdiyi qərarda təhsildən məhrum edilən tələbələr “iğtişaş və qarışıqlıq yaratmaq”da ittiham olunublar.

Bundan bir müddət öncə isə Təbriz Universitetinin 40 öyrəncisinə mesaj göndərilib və onlardan İntizam Komissiyasına getmələri tələb edilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.

Onların bir çoxunun barəsində “hökumətə qarşı təbliğat aparmaq” ittihamı irəli sürülüb.

Mənbə: Azadİran

Kəmalə Sultan

Oxşar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub

Aynur Camal

Kreml: İranın Rusiyaya raket göndərməsi iddiası reallığa əsaslanmır

Aynur Camal

“Ukrayna xalqı artıq dost və qardaş Azərbaycanın qazı ilə çaylarını dəmləyəcək, evlərini isidəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu