3 C
Baku
14 Dekabr 2025, 21:56
Baş xəbərDünya

UNRWA: Artıq Qəzzada təhlükəsiz yer yoxdur, insanlar sanki ölümü gözləyirlər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında təhlükəsiz yer qalmadığı barədə xəbərdarlıq edib.

İsrailin blokada altındakı Qəzzaya qarşı qırğınları intensiv hava hücumları ilə davam edir.

Bölgədə mülki əhali arasında itkilər və xəsarət alanlar artmaqda davam edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) humanitar vəziyyətlə bağlı paylaşım paylaşıb.

UNRWA-nın Qəzza üzrə Baş Kommunikasiya Məsləhətçisi Luiz Uotidc özünün X sosial media hesabındakı paylaşımında deyib: “Artıq Qəzzada təhlükəsiz yer yoxdur, insanlar sanki ölümü gözləyirlər” deyib.

UNRWA rəsmisi vurğulayıb ki, “İsrailin humanitar zonalar adlandırdığı ərazilər cəbhə xəttinə çevrilib” və Qəzzalılar indi “cəbhə xəttindən bir neçə blok uzaqdadır”.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda azı 16 min 480-i uşaq, 10 min 980-i qadın olmaqla 40 min 223 fələstinli ölüb, 92 min 981 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Kirayə haqqını ödəmək əvəzinə hər gün təyyarə ilə işə gedir

Aynur Camal

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Tibb Universitetində növbəti tibbi aksiyasını həyata keçirir – FOTO

Aynur Camal

Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu