Bugun.tv Azərbaycanda həssas təbəqələrə verilən dövlət dəstəyi – ünvanlı sosial yardımın kimlərə, hansı şərtlərlə təyin edilməsini və nə qədər məbləğ olduğunu araşdırıb.
Qeyd edək ki, sosial yardım hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Bu yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Sosial yardımın təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yardımın alınması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sosial yardım “ünvanlı sosial yardım təyin edən komissiya”lar tərəfindən təyin olunur.
Hüquqşünas Gülçin Zahidovanın sözlərinə görə, ünvanlı sosial yardım qanunla qəbul edilmiş qaydada 8 yaşından himayəsində uşaq olan analar, 18 yaşına çatmamış himayəsində məhdud fəaliyyət qabiliyyəti, yəni əlilliyi olan validyenlər və əlillik dərəcəsi müəyyən edilmiş şəxslərə şamil olunur. “Bununla bağlı aidiyyatı üzrə vətəndaş şəxsən özü müraciət edir və elektron sistemdə göstərilənlər uyğun şəkildə doldurulur. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə verilir. Yardımın məbləği ailənin orta aylıq gəliri ilə ailə üzvünün ehtiyaclarına əsasən hesablanır” .
G.Zahidova eyni zamanda vurğulayıb ki, ünvanlı sosial yardım cəzaçəkmə müəssisəsində olanlara, ahıllıq yaşı keçmiş, yəni qocalıq təqaüdü alanlara, qocalar evində yaşayanlara və həqiqi hərbi xidmətdə olan şəxslər ünvanlı yardımdan faydalana bilməzlər. “Vətəndaşlarımız imtina cavabı verildiyi təqdirdə bir üst quruma yəni nazirliyin səlahiyyətlisinə müraciət edə, mtina məktubunu aldığı gündən 1 ay müddətində aidiyyatı üzrə inzibati məhkəməyə müraciət edib hüuquqlarını reallaşdıra bilər”,- hüquqşünas əlavə edib.
Qeyd edək ki, aztəminatlı ailələr təyinat müddəti bitdikdən sonra sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna da malikdir.