Baş xəbərDünya

“Uoll-strit canavarı” filmindəki “Lamborghini” 1,6 milyon dollara satıldı

“Uoll-strit canavarı” (The Wolf of Wall Street) filmində Leonardo Di Kaprionun sürdüyü 1989-cu il istehsalı olan “Lamborghini Countach” avtomobili Nyu-Yorkun Sotheby’s satış evində keçirilən hərracda 1,655 milyon dollara alıcısını tapıb.

Bugun.tv xəbər verir ki, bu, həmin model avtomobili üçün rekord qiymətdir. Əvvəlki rekord 880 min dollar olub. Martin Skorsesenin filmində iki eyni avtomobildən istifadə edilib. Onlardan biri ssenariyə uyğun qəza səhnəsində zədələnib. Həmin avtomobil ilin əvvəlində hərraca çıxarılsa da satılmayıb.

Sotheby’s satış evi hərracda ümumilikdə 13,61 milyon dollar dəyərində avtomobillər satıb. Ən bahalı lot 2,4 milyon dollara satılan 1953-cü ilin “Fiat 8V Supersonic” avtomobili olub. Dünyada həmin modeldən cəmi 14 avtomobil istehsal edilib. Satılan avtomobilin cəmi dörd sahibi olub və o, az istifadə edilən modeldir.

Bundan əlavə, mütəxəssislər tərəfindən bu yaxınlarda bərpa edilən 1954-cü il istehsalı “Aston Martin DB2/4” 1,1 milyon dollara satın alınıb.

İntizar Əmirova

Oxşar xəbərlər

Çido qasırğası 200 km-dən çox küləyin sürəti ilə Mayotta adasını viran etdi: 90 ilin ən güclüsü

Aynur Camal

Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir – VİDEO

Aynur Camal

Səhra istiləri geri qayıdır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu