17 C
Baku
18 Aprel 2026, 17:36
Dünya

Uqandada LGBT əleyhinə qanun layihəsi qüvvəyə minəcək

Homoseksuallıq hazırda 30-dan çox Afrika ölkəsində cinayət hesab edilir. Bu ölkələr arasında Uqanda da var.

Bugun.tv xəbər verir ki, yerli parlamentdə LGBT əleyhinə qanun layihəsi alqışlarla qarşılanıb.

Qəbul edilən yeni qərar qadağanı daha da  sərtləşdirəcək. Qanun layihəsi insanları cinsi kimliyinə görə günahkar elan edir, uzun müddətə həbs cəzası və hətta ölüm hökmlərini nəzərdə tutur.

Bundan sonra LGBT hüquqlarını müdafiə edən təşkilatlar, maliyyə yardımı göstərən şəxslər, onlarla bağlı xəbər yayan media qurumları da cinayət məsuliyyətinə cəlb olunacaq.

Qanun layihəsi imzalanması üçün prezident Yoweri Museveniyə təqdim edilib. Museveni təsdiqləsə, qanun layihəsi qüvvəyə minəcəcək.

Mənbə: NTV

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu