Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz vasitəsi ilə vurduqlarını açıqlayıb.
Husilərin Hərbi Sözçüsü Yəhya Seri açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz vasitəsi ilə hədəf alındığını qeyd edib.
Seri, Stolt Sequoia adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə uğurla vurulduğunu açıqlayıb.
Hərbi sözçü gəmilərin “işğal olunmuş Fələstin limanlarına giriş qadağasını” (husilərin elan etdiyi qadağa) pozduqları üçün hədəfə alındığını bildirib.
Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə bağlı olduqlarını dedikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar təşkil edir.
Husilərin hərəkətləri səbəbindən bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını qeyd ediblər.
ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu ölkələrin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.
Mənbə: EnSonHaber