13 C
Baku
2 Dekabr 2025, 19:10
Digər

Urumçidə keçirilən IX İnkişaf Forumunda Azərbaycan yaşıl enerji sahəsindəki nailiyyətlərini təqdim edir

Çin Xalq Respublikasının Urumçi şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı İnstitutunun Beyin Mərkəzlərinin IX İnkişaf Forumu işə başlayıb.

Forumla bağlı məlumatı deputat Vüqar Bayramov öz sosial media hesabında verib.

Açıqlamaya əsasən, Azərbaycan tədbirdə Prezident yanında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev ilə birlikdə təmsil olunur.

Vüqar Bayramov forumun ilk günündəki çıxışı zamanı bildirib ki, Azərbaycan regionda yaşıl enerji sahəsinə ən çox sərmayə yatıran ölkələrdən biridir. Onun sözlərinə görə, son illərdə bərpaolunan enerji layihələrinə 1 milyard dollardan çox xarici investisiya cəlb edilib və ölkə bu sahədə yüksək potensiala malikdir.

Deputat həmçinin bərpa olunan enerji üzrə dövlət-özəl əməkdaşlığının inkişafına dair fikirlərini bölüşüb və bu istiqamətdə həyata keçirilən yeni təşəbbüsləri qeyd edib. Forumda Mərkəzi Asiya ölkələri arasında tematik sahələr üzrə əməkdaşlığın gücləndirilməsi və regionun aparıcı beyin mərkəzləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Bugün TV

Türkiyənin mal və xidmət ixracının həcmi cari ildə 390 milyard dollara çata bilər

Bugün TV

Rusiya: Ukraynada sülhlə bağlı mövqeyimiz aydındır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu