14 C
Baku
22 Noyabr 2024, 7:14
Baş xəbər

Uşaq hüquqları uşaqların gözü ilə…

Qanunvericiliklə bu il son uşaqlıq ilim oldu. Bu illər ərzində oxuduğum məktəbdə, iştirak etdiyim yarış, olimpiada və tədbirlərdə uşaq hüqulqrının mahiyyətini öyrəndim. Bu gündən baxdıqda düşünürəm ki, nə yaxşı ki, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğısından, yaratdığı şəraitdən az da olsa bəhrələnə bilmişəm. ADA Universitetinə Dövlət İmtahan Mərkəzi vasitəsilə yüksək balla qəbul olunmuşam. Orta məktəbdə asudə vaxtlarım olmaqla yanaşı təhsil və tədris qrafikimin nizamına üstünlük verirdim. 2017-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi Lütfi Zadə adına Məntiq Olimpiadasının gümüş medalına (2-ci yer) layiq görüldüm. Ulu Öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar Bakı şəhəri məktəblilər arasında keçirilən Şahmat turnirində 1-ci yerin qalibi oldum. Bu naliyyətlərin sorağı ilə Uşaqlarının IV Ümumrespulika Forumunun iştirakçısı və fəalı, 2017-ci və 2018-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis və UNİCEF-in keçirdiyi “Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusundə keçirilən tədbirlərin iştirakçısı və fəalı oldum. Uşaqlıq illərində dövlətimizin yaratdığı bu şərait mənə və mənim kimi yüzlərlə uşağa motivasiya oldu. Mənə ən böyük motivasiya Uşaqlarının IV Ümumrespulika Forumunun iştirakçısı və fəalı kimi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın prezidenti hömətli Leyla Əliyevanın bizimlə görüşməsi və öz işləri, təhsili, yaradıcılığı ilə bağlı bizimlə söhbət etməsi oldu…

1 iyun – Ümumdünya Uşaqlar Günüdür. Bu münasibətlə bütün dünya dövlətlərində uşaq bayramı kimi müxtəlif tədbirlər keçirilir. Bayramın mahiyyəti dünya uşaqlarının əmin-amanlığının təmin olunması, yaxşılaşdırılması, fəaliyyətinin möhkəmləndirilməsindən ibarətdir. Prezidentimiz İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu uşaq problemlərinin həllinə, uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Ümumiyyətlə, uşaqların hüquqları ölkəmizdə ən ali səviyyədə – Konstitusiya qanunları ilə qorunur və dövlət uşaq hüquqlarının qorunmasının qarantıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizdə “Uşaq hüquqları” haqqında, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunları və müvafiq olaraq digər normativ hüquqi aktlar qəbul edilmişdir. Bu qanunlar uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüqularının və onların sağlamlıqlarının müdafiəsini təmin etmək məqsədilə qəbul olunmuşdur. Çox sevindirici haldır ki, dövlətimiz uşaqların intelektual səviyyəsinin artırılması ilə yanaşı, onların fiziki sağlamlığının və ictimai fəallığının təmin edilməsində də maraqlıdır. Bildiyiniz kimi, ölkə əhalisinin təxminən 30 faizini təşkil edən uşaqların tibbi xidməti pulsuz təmin olunur. Uşaqların icbari tibbi sığorta haqqını dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. Bütün bunlar dövlətin uşaqlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Aytac Adıgözəlova

ADA Universitetinin I kurs tələbəsi,

Gənclər Mərkəzinin Uşaq hüquqları və kommunikasiya üzrə koordinatoru

Nigar Məmmədova

Oxşar xəbərlər

Zəlzələdən sonra başgicəllənmə halları iki dəfə artıb

Kəmalə Sultan

35 ton qanunsuz yuyucu vasitə ələ keçirildi

Bugün TV

“Ermənistanın Laçın yolundan istifadəyə can atması humanitar deyil, maneəsiz gediş-gəlişə nail olmaq məqsədi daşıyır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu