18 C
Baku
17 Fevral 2026, 15:15
Dünya

Uşaq iflicinə səbəb olan virus aşkarlandı

Bildirilib ki, poliomielitə səbəb olan virus Qəzzada tullantı sularında aşkar edilib və bu, əsl sağlamlıq fəlakətinin xəbərçisidir.

Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə koordinasiyalı olaraq çirkab sulardan götürülən nümunələr üzərində aparılan müayinələr haqqında məlumat verilib.

Açıqlamada, infrastrukturun dağıdılması səbəbindən insanların yaşadığı yerlərdə və çadırların arasından axan və yığılan sularda poliomielit xəstəliyinə səbəb olan virusun aşkar edildiyi, minlərlə insanın poliomielit xəstəliyinə yoluxma riskinin olduğu bildirilib.

Su qıt olduğundan və kanalizasiya ilə çirkləndiyindən, tonlarla zibil yığıldığından və İsrail təmizlik materiallarının ölkəyə girişini əngəllədiyi üçün əsl sağlamlıq fəlakətinin baş verə biləcəyi xəbərdarlığı edilib.

Bəyanatda İsrailin hücumlarının dərhal dayandırılması, təmiz su ilə təmin edilməsi, kanalizasiya xətlərinin təmiri və köçkünlərin məskunlaşdığı yerlərdə əhalinin sıxlığının azaldılması tələb edilib.

Mənbə: TrtHaber

Bugün TV

Oxşar xəbərlər

Rusiya 400 dron və 20-dən çox raket atdı

Aynur Camal

Qəzzada çadırlar arasında Ramazan hazırlığı

Aynur Camal

Təbii qaz kəsintisi: 12 min ev təsirləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu