24 C
Baku
20 İyul 2025, 4:07
Baş xəbərMədəniyyət

Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir

Bugun.tv xəbər verir ki, Mədəniyyət və Elm və Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalının birinci mərhələsinə respublika üzrə ümumilikdə 120 müəssisədə start verilib.

Üç turdan ibarət, 21 nominasiyada 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçı qatılıb.

Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi isə iyun-avqust aylarını əhatə edəcək. İkinci mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər. Festivalın final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək.

Qeyd edək ki, festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala evsahibliyi hüququ qazanacaq.

Festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin rəsmi internet səhifələri üzərindən, +994 050 288 01 47 mobil, 147 qısa nömrələri ilə əlaqə yaratmaqla, həmçinin festivalın rəsmi internet saytı (https://uif.az/) və aşağıda göstərilmiş sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.

https://www.facebook.com/uif.az/;

https://www.instagram.com/uif.az/;

https://www.youtube.com/@uif_az/;

tiktok.com/@uif.az

Aynur Camal

Oxşar xəbərlər

Çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı 

Kəmalə Sultan

Rusiya ilə münaqişədə köklü dəyişikliklər olacaq

Teymur Əziz

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu