19 C
Baku
28 İyun 2025, 9:51
Baş xəbərDünya

Uşaq meydançasında qorxulu anlar! II Dünya Müharibəsindən

İngiltərədəki uşaq meydançasının altında, ll Dünya Müharibəsindən qalma partlamamış bombalar tapılıb. Təsadüfən aşkarlanan bombalarla bağlı “partlama riski var” deyə açıqlama verilib. İngiltərənin Northumberland şəhərində uşaq meydançasının altından İkinci Dünya Müharibəsindən qalma partlamamış bombalar tapılıb.

Vuller qəsəbəsindəki uşaq meydançasındakı bombaların təsadüfən aşkar edildiyi bildirilib.

SkyNews-da yer alan xəbərə görə, uşaq meydançasında təmir işləri aparan işçilər bombaları tapdıqdan sonra bomba zərərsizləşdirmə mütəxəssislərini çağırıb. İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamada iki bombanın ilk olaraq İngiltərə ordusu tərəfindən çıxarıldığı bildirilib. Şəhər şurasının sözçüsü bildirib ki, ərazidə tam axtarış aparılmalıdır.

Bomba zərərsizləşdirmə şirkəti Brimstone Regional Research şirkəti tərəfindən həyata keçirilən axtarışlarda ilk gündə 65 ədəd 10 kiloqramlıq praktiki bomba və tüstü bombası, ikinci gündə isə 90 ədəd daha praktiki bomba aşkar edilib. Şirkət bombaların İkinci Dünya Müharibəsinə aid olduğunu vurğulayıb. İndiyədək 174 bombanın çıxarıldığını bildirən bələdiyyə məclisi, axtarış işləri çərçivəsində bağlanan uşaq parkının yenidən açılması üçün bütün bombaların tapılması lazım olduğunu bildirib.

Bələdiyyədən verilən açıqlamada, “Tapılan sursatlar praktiki bomba kimi təyin edilsə də, partlama riski daşıyır. Mütəxəssislər tam təhlükəsizlik üçün çalışmalıdırlar” deyilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Rusiya ilk dəfə qitələrarası ballistik raketdən istifadə edib

Aynur Camal

 İşğal ordusu yenə günahsızları hədəfə aldı!

Aynur Camal

HƏMAS: Əgər İsrail müharibəni bitirsə və Qəzzadan çəkilsə, bütün məhbusları azad edəcəyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu