25 C
Baku
20 İyul 2025, 7:58
Baş xəbərHadisə

Uşaq mübahisə edərək anasını bıçaqlayaraq öldürdü

Bugun.tv xəbər verir ki, Muğlanın Bodrum rayonunda uşaq mübahisə zəminində anasını bıçaqlayaraq öldürüb. Umurça Mahallesi, Yaka küçəsində D.D. (16) ilə anası Figen B. (47) arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə zamanı D.D anasını bıçaqlayıb. Xəsarət alan qadın evinin bağçasına gedərək kömək istəyib.

TRT Haber-in məlumatına görə, Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları qadının öldüyünü təyin edib. Evə gələn polis qrupları D.D.-ni saxlayıb.

Hadisə zamanı qadının 12 yaşlı uşağının da evdə olduğu öyrənilib.

Polis hadisə yerində araşdırma apardıqdan sonra Figen B-nin cəsədi yarılma üçün Bodrum Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Teymur Əziz

Oxşar xəbərlər

Bir evdə baş verən yanğında 10 nəfər tüstüdən zərər çəkdi

Bugün TV

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

Aynur Camal

Azərbaycan ağır atleti V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu