7 C
Baku
6 Fevral 2025, 12:41
Sosial

Uşaqlar arasında qızılca xəstəliyi niyə artıb? – HƏKİMDƏN MÜSAHİBƏ

Bugun.tv xəbər verir ki, son vaxtlar azyaşlılar arasında qızılca xəstəliyinə yoluxma sayı durmadan artır. Bu xəstəlin necə və hansı səbəbdən yaranır, ondan qorunma yolları varmı? Bu kimi sualları həkim-infeksionist Namiq Nəbiyev cavablandıracaq.
– Namiq müəllim, qızılca xəstəliyi, onun simptomları haqda danışardız?
– Qızılca kəskin infeksion xəstəlikdir. Qızdırma, dəri və selikli qişalarda səpki, yuxarı tənəffüs yollarında iltihabla özünü göstərir. Qızılca xəstəliyi, əsasən antroponoz xəstəlik sayılır. İnkubasiya dövrü 2-4 gün ola bilər. Bu zaman xəstədə tənəffüs yolları selik ifraz edir.
– Xəstəlik hansı yollarla keçir?
– Yoluxma hava damcı yolu ilə olur. Bəzən asqırma, öskürmə halları da baş verir. Bu hal, əsasən xəstəlik keçirməyən, peyvənd olunmayan xəstələrdə daha tez baş verir. Xəstəlik bütün yaşlarda ola bilər. Xüsusilə, soyuq havalarda belə xəstəliklərin artma ehtimalı daha çoxdur.
– Qızılcanın əsas göstəricisi olan səpkilər necə və niyə yaranır?
– Belə xəstəliklərdə ilkin olaraq, dəridə səpkilər yaranır. Həmçinin, bu səpkilərdə qızarma halı artır. Onlar, əsasən sinə nahiyəsində əmələ gəlir. Bu hal temperatur 38-39 dərəcəyə kimi yüksəldikdə müşahidə olunur.
-Xəstəlikdə həssaslıq halları olurmu?
– Bəli, işığa qarşı ciddi həssaslıq yaranır. Xəstəlik işığa reaksiya verir. Gözlərdə atışma yarandığı üçün otaqda heç bir işıq olmamalıdır.
– Namiq müəllim, qızılca xəstəliyi neçə gün davam edir?
– Təxminən 6-17 gün olur. Qızılcaya qarşı peyvənd edilməyən xəstələrdə 21 gün çəkir. Amma peyvənd olunan xəstələrdə yüngül keçir. Xəstələnmənin təmas yolu 13-cü gündən yaranır. Əsasən, 3 dövrü olur: kataral, səpki, piqmentasiya.
-Xəstəlik necə müalicə olunur?
– Qızılca xəstəliyi adətən evdə müalicə olunur. Ağırlaşma forması isə xəstəxanada aparılır. Müalicədə əsas şərtlərə gəlincə, gigiyenaya nəzarət edilməlidir. Həmçinin, qızdırma düşəndən sonra 2-3 gün xəstə yataqdan qalxmamalıdır. Gündə bir neçə dəfə gözləri isti su və ya 2 faizli soda məhlulu ilə silmək, yumaq olar. Gözdəki çirki sildikdən sonra gündə 3-4 dəfə 1-2 damcı balıq yağı və yaxud “A” vitamini damızdlrmaq lazımdır. Qurumuş dodaqlara adi vazelin və ya balıq yağı, kərə yağı sürtmək olar. Burunun keçəcəyinə vazelin yağı ilə islanmış pambıq tamponlar qoyulmalıdır. Qızdırmaya qarşı südlü, bitki tərkibli çoxlu maye qəbul edilməlidir. Qızdırma düşənə kimi keyfiyyətli qidalanma olmalıdı. Gündə 300-500 ml qr “C” vitamini pereparatlar verilməli, ehtiyac olduqda venadaxili sistemlər təyin olunmalıdır.

Bugün TV

Oxşar xəbərlər

“Müdafiəsiz uşaqların səsi ol”

Aynur Camal

E.Musaviyə Fəxri ad verildi…

Şükufə Ramizqızı

F.Əkbərov: “Yetkinlik yaşına çatmayanlarda pis vərdişlərin yaranması nəzarətsizlikdən irəli gəlir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu