28 C
Baku
16 Sentyabr 2026, 15:57
Baş xəbərDünya

Uşaqlar səhiyyə xidmətlərindən istifadə etməkdə çətinlik çəkirlər

Yunanıstanda uşaqların pulsuz səhiyyə xidmətlərindən istifadə etməkdə üzləşdiyi çətinliklərdən bəhs edən hesabat paylaşılıb.

Yunanıstan İqtisadi Araşdırmalar və Planlaşdırma Mərkəzinin paylaşdığı hesabatda uşaqlarda yoxsulluğun iqtisadi çətinliklərlə yanaşı pulsuz sağlamlıq xidmətlərindən istifadə edə bilməmək kimi digər problemlərdən də qaynaqlana biləcəyi ifadə edilib.

Bu çərçivədə aparılan müayinədə, Attiki bölgəsində hər 10 uşaqdan birinin 2018-2023-cü illərdə pulsuz sağlamlıq xidmətlərindən istifadə baxımından ‘yoxsulluq’ yaşadığı qeyd edilib.

Bildirilib ki, 2023-2024-cü illərdə ölkə üzrə dağlıq bölgələrdə, sərhədyanı bölgələrdə və adalarda yaşayan hər 17 uşaqdan biri səhiyyə xidmətlərindən tam istifadə etməkdə çətinlik çəkəcək.

Digər tərəfdən, hesabatda ölkə daxilində hər 19 immiqrant uşaqdan birinin ictimai səhiyyə xidmətlərindən istifadə etməkdə çətinlik çəkdiyinə dair məlumatlar da yer alıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

FBI: Rusiya ABŞ və Avropada Ukraynanı dəstəkləyən şəxslərə qarşı sui-qəsdlər planlaşdırır

Aynur Camal

Səudiyyə Ərəbistanı Məkkənin təhlükəsizliyini “qırmızı xətt” elan etdi

Aynur Camal

Ukrayna Rusiyanın yeni “Şahid” dronlarına qarşı yeni silah sınaqdan keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu