22 C
Baku
9 Sentyabr 2025, 4:18
Baş xəbərSosial

Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilib

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə müvafiq qanunu təsdiqləyib.

Qanunda uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilib.

Belə ki, qanunla Məcəllənin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsinə dəyişiklik edilib. Dəyişikliklə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə görə 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Xatırladaq ki, məcəllənin bu günə qədərki variantında isə bu əməlləri törədənlər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

İtaliyada Maradonanın əşyaları sərgilənir

Nigar Məmmədova

Putin Lukaşenkoya zəng etdi

Nigar Məmmədova

Meşəlik ərazidə yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu