9 C
Baku
13 Dekabr 2024, 9:36
DünyaHadisə

Uşaqlara qarşı zorakılığını ortaya qoyan film gündəmi silkələdi!

Bugun.tv xəbər verir ki, Din xadimlərinin illərdir uşaqlara qarşı cinsi istismara məruz qaldığını ortaya qoyan sənədli filmdən sonra Belçikanın Flamand bölgəsində bir çox insan kilsə ilə əlaqələrini kəsməyə çalışsa da, siyasətçilər də qalmaqalın araşdırılmasını və kilsələrin maliyyələşdirilməsinin müzakirə olunmasını istəyirlər. Belçikanın Flamanca dövlət televiziyası olan VRT 4 hissəlik sənədli filmində Flaman bölgəsindəki Katolik Kilsəsində illərlə ruhanilər tərəfindən cinsi istismara məruz qalan uşaqların və onların yaxınlarının etiraflarını dərc edib. Sənədli film ölkədə “şok effekti” yaradarkən, bir çox insan kilsə ilə əlaqələrini kəsmək üçün adlarının vəftiz qeydlərindən silinməsi üçün növbəyə düzülüb. Siyasi partiyalardan skandalı tam təfərrüatı ilə araşdırmaq, sübutların bütün bu illər ərzində necə ört-basdır edildiyini üzə çıxarmaq və bu işdə Kilsənin niyə və necə maliyyələşdirildiyini müzakirə etmək üçün Federal Parlamentdə komitənin yaradılmasına çağırışlar edilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

BMT Rusiya iqtisadiyyatının 2023-cü ildə 2,7 faiz artdığını açıqladı

İntizar Əmirova

Tramp açıq şəkildə İranı hədələyib: Sizin ölkəniz məhv olacaq

Aynur Camal

2 avtomobil toqquşdu: 2 ölü, 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu