5 C
Baku
30 Yanvar 2026, 1:10
Baş xəbərSosial

Uşaqlarda nitq ləngiməsi halı niyə artıb? – HƏKİM AÇIQLAMASI

Bugun.tv xəbər verir ki, son zamanlar uşaqlarda nitq ləngiməsi olur. Təəssüf ki, bəzi valideynlər həkim məsləhəti olmadan dərman preparatları verirlər.
Tanınmış həkim-pediatr Lalə Hüseynova uşaqlarda nitq ləngiməsinin səbəblərini açıqladı.
“Əsas faktorlardan biri ailəvi faktordur. Valideynlərin daha çox iş həyatı olduğuna görə, uşaqların da evdə tək olub, telefon və televizorla daha çox vaxt keçirdiyinə görə uşaqlarda nitq inkişafı ləngiyir. Çünki, söz ehtiyatını artıracaq başqa səbəbləri yoxdur. Əgər 2 yaşa qədər bu problemi bilmiriksə, 2 yaşdan sonra uşaqların baxçalarda daha çox vaxt keçirməsi böyük avantajdır. Ağızda olan problemlər və şüşəli əmziklərlə vaxt keçirmələri uşaqların nitq inkişafının ləngiməsinə gətirib çıxarır. Digər səbəb isə sinir sistemi ilə bağlıdır. Bəzi uşaqlar özünə qapalı olur. Valideynlərlə və ya baxçada uşaqlarla ünsiyyətə girmək istəmir. Belə olduqda psixoloji mərkəzlərə getmək lazımdır “, – L.Hüseynova bildirib.
Sonda həkim-pediatr belə problemlər olduqda həkimə müraciət edərək düzgün istiqamətdə müalicə almağı məsləhət görüb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Cəzasızlıq müasir münaqişələri alovlandırır”

Aynur Camal

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu