14 C
Baku
21 Noyabr 2024, 18:06
Sosial

Uşaqları sosial şəbəkə platformalarının verdiyi zərərlərdən necə qoruyaq?

Müasir dövrümüzdə sosial şəbəkənin  aktiv istifadəçiləri arasında uşaqlar da var. Azyaşlılar mobil cihaza müxtəlif tətbiqlər yükləyərək oyunlar oynayır. Youtube platformasına daxil olaraq müxtəlif video  və  filmlər  izləyirlər. Lakin qeyd etməliyik ki, bəzən onların qarşısına yaşlarına uyğun olmayan  proqram və ya filmlər də çıxır. Bəs görəsən, bu halın qarşısını necə ala bilərik ?

Bir çoxumuz günümüzün böyük hissəsini  internetdə keçiririk. Sosisal şəbəkələr yetkinlərlə yananşı uşaqların da həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Sözsüz ki, onları daim nəzarətdə saxlamaq mümkünsüzdür. Bəs görəsən, uşaqların yaşlarına uyğun olmayan proqramlara baxmamaması üçün nə etməliyik ?

Çox zaman valideynlər uşaqları sakitləşdirmək üçün onların mobil cihazdan istifadə etməsinə izn verir. Lakin bu zaman vacib bir məqamı gözdən qaçırırlar. Bu da sosial şəbəkələrdə uşaqların qarşısına yaşlarına uyğun olmayan film və reklamların çıxmasıdır.

Texnobloger Fərid Pərdəşünas Bugun.tv-yə açıqlamasında bildirdi ki, sosial şəbəkə platformalarında lazımsız kontentlər və reklamlar var ki, bu da istər-istəməz uşaqların diqqətini cəlb edir.Bu da uşaqların həm psixologiyasına, həm də zehni inkişafına və fərdi davranışına  mənfi təsir edir. Bəzən valideynlər fərqinə varmadan öz mobil cihazlarını uşaqlara verirlər. Onların sosial hesablarında  yaş məhdudiyyəti qoyulmadığı üçün uşaqlar istər-istəməz lazımsız videolara baxmaq məcburiyyətində qalırlar. Əgər valideynlər azyaşlılara telefon vermək məcburiyyəti ilə üzləşirlərsə, bu zaman “People control” və “Child control” tətbiqindən istifaə edə bilərlər. Bu tətbiq həm İOS və Android mobil cihazlarda mövcuddur.

Müsahibimizin sözlərinə görə, bu tətbiqlərdən istifadə etməklə, uşağın müxtəlif proqramlara daxil olmasının qarşısını almaq mümkündür. Hətta, günün sonunda onların sosial şəbəkədə nə qədər vaxt keçirdiyini belə öyrənə bilərik.

“Son neçə ildə biz görürük ki, valideynlər Youtube platformasını açıb uşaqlara cizgi filmi izlədirlər. Burada valideynlər yenə də diqqətli olamlıdırlar. Youtube nə qədər kontentləri filtirasiyadan keçirsə də, hazırda Youtubeda böyüklər üçün kontentlər çoxdur, yəni onlarI uşaqlar izləməməlidirlər. Buna görə də Youtube uşaqlar üçün Youtube Kids tətbiqini istifadəyə verib. Bu sırf uşaqlar üçün nəzərdə tutulub”, -deyə texnobloger qeyd etdi.

Tədqiqatlar göstərir ki, ekran qarşısında çox vaxt keçirən uşaqlarda  diqqət pozğunluğu yaranmağa başlayır. Həmçinin, onlar sosial ünsiyyət zamanı da çətinlik yaşayırlar. Odur ki, bu cür problemlərlə qarşılaşmamaq üçün uşaqlar  yalnız yaşlarına uyğun filmlər izləməli və onlar üçün nəzərdə tutulan  tətbiqlərdən  istifadə etməlidirlər.

Fərid Pərdəşünas bildirdi ki, valideynlər əgər övladlarına cizgi filmi  izlətmək istəyirlərsə, o zaman Youtube kids tətbiqini yüklədikdən sonra həmin platforma üzərindən  videolari izlətsinlər. Elə olan halda, Youtube özü alqoritmik olaarq başa düşür ki, onu izləyən uşaqdır. Ona xüsusi seçilmiş proqramlar, videolar göstərir və lazımsız reklmlardan azad edir. Bunun nəticəsində uşaq daha faydali onun zehni inkişafına səbəb ola biləcək kontentlər izləyir.

Valideynlər uşaqları nəzarətdə saxlamaq üçün “ağıllı ev” konsepsiyasından da istifadə edə bilərlər. Evin istənilən guşəsinə yerləşdirilən, smartfon telefona yönləndirilən kamera vasitəsi ilə övladınızın gün ərzində nə etdiyini izləyə bilərsiniz. Bu həm də onun təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir. Eyni zamanda, uşaq nəzarətdə olduğunu bildiyi üçün özünü daim güvəndə hiss edir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Xətai rayon “Mədəniyyət mərkəzi” ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirtdi

Aynur Camal

On iki nəfərin imtahan nəticələri ləğv oldu

Könül Kərimova

Regionlarda əlilliyi olanlar üçün yeni reablitasiya mərkəzləri açılacaq – VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu