19 C
Baku
8 Sentyabr 2024, 3:19
Dünya

Uşaqları və həyat yoldaşı ilə birlikdə maşını uçuruma sürüklədi!

Avstraliyalı Rachel Prochnow adlı qadın duş qəbulu zamanı korluq həddinə çatdırdığını deyir. Yaşananlardan sonra onun görmə qabiliyyətini həmişəlik itirib-itirməyəcəyi bəlli deyil.

Aylardır “dözülməz ağrı” çəkən və bu ağrının duş qəbul etdikdən sonra başladığını bildirən Rachel Prochnow adlı qadın, gözündə potensial görmə itkisi ilə üzləşdiyini deyib.

Prochnow keçən il 34 həftəlik hamilə idi və gözünün “bir az qaşındığını” hiss etdi və əvvəlcə idman zalında olarkən kontakt linzasının cırıldığını düşündü. Ancaq ertəsi gün şiddətli ağrılar hiss etməyə və işığa həssaslıq hiss etməyə başlayanda o, oftalmoloqa müraciət etdi.

Müayinə zamanı ona “gözün ən pis infeksiyası” olan Acanthamoeba keratit diaqnozu qoyuldu.

Acanthamoeba keratit (AK) kran suyundan dəniz suyuna, xlorlu su və torpağa qədər demək olar ki, bütün su növlərində olan parazitlərdən qaynaqlanır. Bu parazitlər gözün səthindəki kiçik cızıqlar vasitəsilə gözə daxil olur və ciddi sağlamlıq riskləri yaradır.

ABŞ vətəndaşı Rachel Prochnow, sosial media hesabında təcrübəsini bölüşdü: “AK ilə gələn ağrı, doğumu uşaq oyunu kimi göstərir. Ağrı tamamilə təsvir edilə bilməzdi. Üç ay ərzində demək olar ki, yata bilmədim. Yalnız yuxudərmanlarından istifadə etdim” ifadələri ilə izah edib.

Prochnow-un hamiləliyi üç həftədən sonra induksiya edilməli idi və o vaxtdan bəri o, “xərçəng dərmanı” qəbul etdi və böyrəklərinin fəaliyyətini izləmək üçün hər iki həftədən bir qan testləri etdi. AK onu böyrək çatışmazlığı riski ilə üz-üzə qoydu. O, çimərkən kontakt linzaları taxmağın riskləri barədə heç bir fikri yox idi.

“12 yaşımdan kontakt linzalar taxıram və mənə heç vaxt üzməməyi, duş qəbul etməməyi və isti vannaya girməməyi söyləmədilər”. Gənc qadın başqalarını linza taxaraq duş qəbul etməməyə, üzməyə və çimməyə çağırır.

İnfeksiyaya görə görə bilmir və həkimlər buynuz qişanın transplantasiyasından danışırlar. Onun gözündə görmə qabiliyyətini həmişəlik itirib- itirməyəcəyi bəlli deyil.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İndiyə qədər ən sürətli satılan oyun Zelda oldu

Aynur Camal

Almaniyada Fələstinə dəstək nümayişi

Aynur Camal

Kanada vətəndaşlarına İsrailə getməmələri ilə bağlı xəbərdarlıq etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu