8 C
Baku
12 Dekabr 2024, 10:42
Mədəniyyət

Uşaqların qiyməti…

 

Bu uşaqlar nə şeytan olurlar?! Bir də görürsən elə qəribə suallar verirlər ki, qalırsan mat-məəttəl. O gün qızım məndən soruşur ki, məni hardan almısınız? Anası cavab verir ki, bazardan.

-Biz o gün bazarda olanda uşaq satmırdılar.

Görurəm qızım əl çəkən deyil, deyirəm qızım, anan zarafat eləyir, uşaqları doğum evindən alırlar.

– Neçəyə?

Deyirəm altı yüz manata.

– Məni altı yüz manata almısınız?

Anası gülümsəyir, səni yeddi yüz manata almışıq.

– Yeddi yüzə niyə? Mən sənə altı yüz vermədim?

– Yüz də özümdə var idi, tibb bacısına verdim ki, uşağa yaxşı baxsın.

– Bəs qaqaşı neçəyə almısınız?

– Min manata.

– Niyə, oğlanlar baha olurlar? – Hə qızım, oğlanlar defisit olurlar.

Arvadım deyir min manat olsaydı nə vardı ki?! Nənəsi gədi, iki yüz manat da ondan aldılar.

Neçə vaxtdır qızım baş- qulağımızı aparıb ki, mənə bir dənə də qaqaş alın. Deyirəm, qızım, uşaq almaq üçün doqquz ay pul yığmaq lazımdır.

-Yığın da.

Deyirəm yaxşı bir şey fikirləşərik. O gün qonşumuz gəlib deyir ki, uşağın yanında nə gəldi danışırsınız. Qızınız həyətdə uşaqları başına yığıb deyir ki, atam- anam doqquz ay pul yığıb, mənə qaqaş alacaqlar. Qızım üç gündən bir soruşur ki, doqquz ay olmadı? Bəlkə də biz qızımın ürəyini sındırmayıb bir qaqaş alardıq, amma biləndə ki, qonşumun oğlu olub, uşaq ona iki min manata başa gəlib bu fikrimizdən vaz keçdik.

 

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Məktəblilərin rəsm sərgisi keçirilib

Elnarə Dərziyeva

Dünya memarları Bakıya gəldi

Bugün TV

“Heydər Əliyev və milli teatr sənəti”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu