Bugun.tv xəbər verir ki, Qırğızıstan Prezident Sadir Çaparov uşaqların sağlamlığına, fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına mənfi təsir göstərməməsi üçün hazırlanan qanunu təsdiqləyib.
O, bununla da Qırğızıstanda uşaqların mənəvi və əxlaqi strukturlarına zərər verən paylaşımların qadağan edildiyi bildirilib.
Müvafiq olaraq, kütləvi informasiya vasitələrində, o cümlədən internetdə ailə və ənənəvi dəyərlərı zidd, uşaqların mənəvi-əxlaqi quruluşuna xələl gətirən, valideynlərə və ailə üzvlərinə hörmətsizliyə səbəb ola biləcək məzmunun yayılması qadağandır.
Müxbir: İntizar Əmirova