8 C
Baku
8 Fevral 2026, 16:18
Baş xəbərSosial

Uşaqlarınızı sosial şəbəkələrdən uzaq tutun! – SOSİOLOQ ÇAĞIRIŞ ETDİ

Bugun.tv xəbər verir ki, tanınmış sosioloq, jurnalist Elçin Bayramlı uşaqlarını İnstagram və Tik tok-dan uzaq tutmağa, insanları belə platformaları bəyənməməyə çağırır.

“İnsanların beynində bir fikir formalaşır. Guya biz həddən artıq müasirləşmişik. Yəni, hər şey olar, çərçivə yoxdur. Uşağı da burax, qoy azad inkişaf etsin və s. Belə olmur. Azyaşlıların psixologiyası təsirləri tez götürür. Uşaqları aqressiv cizgi filmlərinə baxdırıb sonra da normal nəticə gözləyirik. Bu sübut olunmuş bir nəticədir. Gənc və yeniyetmələrimiz isə Tik tok və Instagramdadırlar. Çoxumuz bu proqramların bağlanmasını tələb etsək də mən tərəfdarı deyiləm. Əyləncəli olduğundan onu dəstəklədiyimiz üçün bizə bu platformalardan cavab gəlir. Demək olar ki, nəslimizin də bir çoxu Instagram və Tik tokda toplaşır. Çünki özlərini orada realizə edə bilirlər. Onlar bizim mövzulara qoşula bilmir. Biz Facebookda sosial-iqtisadi müzakirəli mövzü açırıq. Onların bunlara qoşulmağa intellekti çatmır. Özlərini yad hiss edirlər. Əyləncə üçün baxmağa nə isə axtarırlar. Tik toku da onların ixtiyarına biz veririk. Çünki hansı kanallara abunə oluruqsa proqram onu bizə verir. Belə kanalları bəyənmək əvəzinə öz sosial-iqtisadi mövzularımızı artırmalıyıq. Bununla da bu proqramların rəhbərliyinə şikayət etsək onlar bağlana bilər”, – sosioloq bildirib.

Onun sözlərinə görə, biz mövzularla sosial şəbəkələrə pul qanazandırmış olarıq. Əgər dəstək olmasaq bu proqramlar bağlanacaq. “Sonda hər bir nəsil özündən əvvəlki nəslin əsəridir. Yəni bu gün ortalıqda olan yeniyetmələr, gənclər deyil, bizik”, – deyə E.Bayramlı vurğulayıb.

Müxbir: İntizar Əmirova

 

Bugün TV

Oxşar xəbərlər

Ekspertlər: mədə yanmasını təkcə acı və yağlı yeməklər yaratmır

Aynur Camal

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu