3 C
Baku
11 Fevral 2026, 17:34
Digər

ÜST: Atəşkəsdən sonra Qəzzadan ilk tibbi təxliyə

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzzada atəşkəsdən sonra ilk tibbi evakuasiyanı elan edib.

Ghebreyesus sosial mediada verdiyi açıqlamada ÜST-nin 41 xəstə və 145 müşayiət edən şəxsin təxliyəsinə rəhbərlik etdiyini ifadə edərək, “Bu, atəşkəsdən sonra ilk təxliyə əməliyyatıdır. Təxminən 15 min xəstə Qəzza xaricində müalicə almaq üçün hələ də təsdiq gözləyir” deyib.

Qebreyesus beynəlxalq ictimaiyyəti tibbi evakuasiyaların sürətləndirilməsi və lazımi humanitar dəhlizlərin açılması üçün dəstəyə çağırıb.

Qəzzada atəşkəs prosesi

ABŞ prezidenti Donald Tramp Misirdə keçirilən danışıqlardan sonra sionist işğal rejimi ilə Həmas arasında atəşkəs planının birinci mərhələsi barədə razılığa gəldiyini açıqlayıb.

Müqavilə oktyabrın 10-da işğal rejiminin təsdiqi ilə qüvvəyə minib. İşğal rejiminin “sarı xətt” kimi tanınan bölgəyə geri çəkilməsindən sonra həmin gün saat 12:00-da Qəzza zolağında atəşkəs rəsmi olaraq başlayıb.

Atəşkəsə baxmayaraq, işğal rejiminin hücumları ilə bağlı xəbərlər gəlməkdə davam edir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu