Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) alkoqol istehlakında ən yüksək yer tutan Avropada bu tendensiyanın dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada spirt istehlakı ilə bağlı hesabat dərc edib.
Hesabata görə, Avropada hər il təxminən 800 min insanın ölümünə səbəb olan spirt istehlakı ən böyük ölüm səbəblərindən biri hesab olunur.
Hər gün 2200 insan ölür
Avropada hər gün 2200 insan alkoqolla əlaqəli səbəblərdən ölür ki, bu da regiondakı ümumi ölümlərin təxminən 9 faizini təşkil edir.
Alkoqol istehlakının məişət zorakılığı, qəzalar və psixi sağlamlıq problemləri də daxil olmaqla böyük təsirləri var. Buna baxmayaraq, bir çox insanlar spirt istehlakının zərərlərini bilmirlər.
Sağlamlıq risklərinə baxmayaraq, avropalılar ildə orta hesabla 9,2 litr alkoqol istehlakına görə dünyada liderlik edirlər.
ÜST-nin son məlumatlarına görə, kişilər qadınlardan təxminən 4 dəfə çox içirlər. Avropada hər 3 böyükdən 2-si spirtli içki qəbul etdiyi halda, hər 10 böyükdən biri spirtli hesab olunur.
Həkimlərin fikrincə, spirtli içkilərdən istifadə ürək-damar xəstəliklərinə, xərçəngə və qaraciyər sirrozuna səbəb olur. Bununla belə, Avropa İttifaqı (Aİ) ölkələrində 10 ildən artıqdır ki, spirt istehlakında azalma müşahidə olunmur. Hesabatda bildirilir ki, ÜST alkoqol istehlakının azaldılması məqsədlərinə Rusiya, Ukrayna və Türkiyə kimi ölkələrin alkoqol vergilərini artırması və əlçatanlığı azaltması sayəsində nail olub.
İstehlakı azaltmaq üçün kifayət qədər ehtiyat tədbirləri görülmür
Əksər Avropa ölkələri ÜST-nin alkoqol vergilərinin artırılması, onun reklamının məhdudlaşdırılması və əlçatanlığın azaldılması kimi tövsiyələrinə əməl etmir.
ÜST 2025-ci ilə qədər Avropada spirt istehlakını məhdudlaşdırmaq üçün tədbirlər görməyə çağırır.
Mənbə: EnSonHaber