20 C
Baku
1 İyun 2025, 22:21
Baş xəbərSosial

ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.

Bu barədə ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb.

ÜST-nin Avropa Regional Ofisinin hesabatında deyilir: “Bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub”.

Qeyd edək ki, Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılması ötən ilin oktyabrında səhiyyə naziri Teymur Musayevin Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması ÜST tərəfindən ölkənin malyariyadan azad statusunun rəsmi tanınmasıdır. ÜST bu sertifikatı bütün malyariya parazitlərinin yerli ötürülmə zəncirinin ən azı son 3 ardıcıl il müddətində ölkə daxilində kəsilməsi və yoluxmanın qarşısını ala biləcək tam funksional nəzarət və cavab sisteminin mövcudluğuna dair sübutlar olduqda ölkəyə verir.

Aynur Camal

Oxşar xəbərlər

“Azərpoçt” yeni poçt markası dövriyyəyə buraxıb

Aynur Camal

Qəzza Şifa Xəstəxanasının həkimi ailələri itkin düşən körpələrdən danışdı

Bugün TV

Qorqud Aygün Kazımovanın mahnısını səsləndirdi – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu