27 C
Baku
10 İyun 2025, 10:36
Baş xəbərDünya

ÜST elan etdi, İsrail və Həmas razılaşdı: Poliomielit əleyhinə peyvənd kampaniyası başlayır

İsrail və HƏMAS arasında Qəzzada mülki əhalinin hədəfə alınması ilə bağlı razılıq əldə edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyasına başlamaq üçün Qəzza zolağında üç fərqli nöqtədə atəşkəs əldə edildiyini açıqlayıb. Budur təfərrüatlar…

İsrailin Fələstində mülki vətəndaşları hədəf alan hücumları davam edir. İsrail məktəb və xəstəxanalara sığınan uşaq və körpələri də hədəf alır. HƏMAS hücumlara cavab verməyə davam edir. Qəzza zolağındakı təhlükə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyanat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İordan çayının qərb sahili və Qəzza nümayəndəsi Rik Peeperkorn, İsrail və HƏMAS-ın uşaq iflicinə qarşı peyvənd kampaniyasına başlamaq üçün Qəzza zolağında 3 fərqli nöqtədə 3 günlük humanitar fasilə barədə razılaşdıqlarını açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Fabrikin azot turşusu çəni partladı

Bugün TV

İşğal rejimi bir evi bombaladı: 2 şəhid, 18 yaralı var

İntizar Əmirova

Sosioloq Elçin Bayramlı: Marketlərdə çörəyin çəkisi azalıb, qiymət isə olduğu kimi qalıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu