Üsyançılar Konqo Demokratik Respublikasının (DRC) şərqindəki Şimali-Kivu əyalətində hücuma keçiblər. Hadisə nəticəsində azı 16 mülki vətəndaş həyatını itirib. “Demokratik Mərkəzi Qüvvələr (ADF)” adlı üsyançı qruplaşmanın üzvləri Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali-Kivu əyalətində yerləşən Şimali-Kivu bölgəsinin Masau kəndində dinc sakinlərə qarşı hücuma keçib.Çox sayda evin talan edilərək yandırıldığı hücumda 16 mülki vətəndaş həyatını itirib.
2014-cü ildən bəri MİNLƏR mülki vətəndaş öldürülüb
1990-cı illərin sonundan Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan ADF Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Qurtuluş Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvlərinin bir araya gəlməsi ilə yaradılıb. 2014-cü ildən bəri ADF-nin hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü, yüz minlərlə insanın isə didərgin düşdüyü bildirilir.
Mənbə: TGRT