16 C
Baku
27 Oktyabr 2025, 23:44
Digər

“Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olunur

Bugun.tv-yə daxil olan məlumata əsasən, Azərbaycan musiqi mədəniyyətinin banisi, böyük bəstəkar, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsini elan edir.

Nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, eyni zamanda cəmiyyətdə təhsilverənin nüfuzunun artırılması.

Kimlər iştirak edə bilər?

Nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəb və mərkəzlərində əsas və ya əlavə iş yeri üzrə çalışan müəllimlər.

Müsabiqənin formatı:

İki mərhələdən ibarətdir:

Sənədlərin ekspertizası və ən yüksək bal toplayan namizədlərin seçilməsi

İxtisas üzrə 10–15 dəqiqəlik açıq dərsin videoyazısının təqdimatı və mütəxəssis qiymətləndirilməsi

Mükafatlar:

Cəmi 25 qalib seçiləcək:

— Klassik musiqi ifaçılığı – 9

— Milli musiqi ifaçılığı – 9

— Musiqişünaslıq – 2

— Xor dirijorluğu – 2

— Təsviri sənət – 2

— Xoreoqrafiya – 1

Hər bir mükafat qalibi 1 000 manat pul mükafatı və diplomla təltif ediləcək.

İştirak üçün əsas şərtlər:

— ən azı 3 il pedaqoji iş stajı

— yüksək nəzəri və praktiki hazırlıq

— şagirdlərin son 2 ildə əldə etdiyi uğurlar

— şəxsi yaradıcılıq və peşəkar nailiyyətlər

— ustad dərsləri və təlimlərdə çıxış və tədris fəaliyyəti

— mədəniyyət sahəsində ictimai fəallıq

— Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvlüyü

Tələb olunan sənədlər:

— təqdimat məktubu

— tərcümeyi-hal

— xasiyyətnamə

— şəxsiyyət və təhsil sənədlərinin surətləri

— şagird və müəllimin nailiyyətlərini təsdiq edən sənədlər

— təlim və ustad dərslərində iştirakı təsdiq edən sənədlər

— ictimai fəallığı təsdiq edən materiallar

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Astana və Tokio strateji tərəfdaşlığın prioritetlərini müəyyən etdilər

İntizar Əmirova

Türkcə Yetərlik İmtahanına müraciətlər davam edir

Nigar Məmmədova

Yeni hərbi nizamnamə layihələrinə start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu