6 C
Baku
5 Fevral 2025, 19:53
Dünya

Üzünü ülgüc doğradı və minlərlə dollar təzminat aldı

İngiltərənin paytaxtı Londonda Nik Siverthorn adlı şəxs mağazadan aldığı ülgüclə onun hər iki yanağını kəsib.

Bunun sıradan bir kəsilmə olmadığını iddia edən Nik məhkəməyə müraciət edərək minlərlə lirə təzminat qazanıb.

Londondan olan 48 yaşlı Nik Silverthorn adi mağazadan alınan ülgüclərdən istifadə edərkən hər iki yanağını kəsib. Həm fiziki, həm də psixoloji cəhətdən darmadağın olduğunu bildirən Nik sosial şəbəkədə qan içində çəkdirdiyi fotosunu paylaşaraq kəsiklərin adi olmadığını iddia edib.

Hər iki yanağını kəsən və ülgüclərin qüsurlu olduğunu iddia edən Nik istehsalçını məhkəməyə verib. Nik dedi: “Bu, adi bir kəsilmə deyildi! Dərimi kəsdi və qanaxma dəqiqələrlə dayanmadı. Başqalarının bunu yaşamasını istəmədim, ona görə də hərəkətə keçdim və qalib gəldim!” deyib.

Milli.Az Dailymail-ə istinadən bildirir ki, landşaft memarı olan Nik, dərisindəki kəsiklərin fotolarını çəkib və bıçağı, qutunu və fakturanı sübut kimi saxlayıb.

Kəsiklərinin həftələrlə sağalmadığını və yara izlərinin qaldığını ifadə edən Nik, “Bu, hər gün yaşadığım bir cızıq deyildi. İyirmi ildir təraş edirəm və heç vaxt belə bir şey yaşamadım” deyib.

Məhkəmə ülgüc istehsalçısını günahkar bilib və Nikə 6 min 250 dollar, yəni təxminən 222 min TL təzminat ödəməyə qərar verib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya artilleriya və aviasiya sursatlarının  istehsalını artıracaq

Nigar Məmmədova

Ukrayna Çexiyada sursat fabriki açacaq

Aynur Camal

Mühərrik xarab oldu və köpəkbalığı onların ətrafında dövrə vurmağa başladı! qorxulu anlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu