11 C
Baku
3 Dekabr 2025, 12:12
Baş xəbərSosial

“Vətən sevgisi müxalifət adı altında satılmaz!”

“Ulu Öndər Heydər Əliyev deyirdi: “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz!”

Bu sözlər, zaman ötdükcə daha da böyük dərinlik və mənalar qazanır. Çünki bu gün bəziləri siyasəti şəxsi acılarına, içindəki kinə və eqosuna qurban verir. Unudurlar ki, siyasətin mərkəzində xalqın rifahı, dövlətin bütövlüyü və Vətənin gələcəyi dayanmalıdır — şəxsi ambisiyalar yox!

Ulu Öndər həm də belə deyirdi:

“Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın.”

Amma bu gün bir çoxu elə öz xalqına, öz torpağına, öz millətinə müxalifət durur. Söz azadlığı pərdəsi altında Vətəni aşağılamaq, xalqı təhqir etmək, qərəzli və düşmən mərkəzlərə yaranmaq artıq adi hala çevrilib.

Təəssüf ki, özlərini “mühacir” adlandıran bəzi şəxslər Azərbaycanın uğurlarına deyil, məhz səhvlərinə sevinirlər. Vətən uğursuzluq yaşadıqca, onların gözləri parlayır, üzlərində qəribə bir qürur yaranır. Sanki xalqın dərdindən, problemlərindən siyasi reytinq qazanmaq istəyirlər. Hətta bunun üçün tərəfdaşlar da toplayır, təhqiri “mövqe”, iftiraları “analiz”, nifrəti isə “söz azadlığı” kimi təqdim edirlər.

Bu, nə Vətən sevgisidir, nə də sağlam tənqid!

Bu, daxildəki kin və küdurətin çölə axmasıdır. Lakin unutmayın: kin insanı yandırmazdan əvvəl ruhunu yeyir. Vətənə daş atmaqla, öz kimliyinə zərbə vurursunuz. Azərbaycanın düşmənləri ilə əlbir olmaqla, milli kimliyinizə xəyanət edirsiniz. Sual olunur: siz kimin üçün işləyirsiniz? Hangi vicdandan, hansı ruhdan, hansı materialdansınız?

Əsl azərbaycanlı, harda yaşamasından asılı olmayaraq, xalqının uğurlarına sevinər, qüsurlarını isə təhqir yox, sağlam təhlillə göstərər. Tənqid etmək – doğrudur. Amma söymək, aşağılamaq, düşmənin dilini danışmaq — bu artıq fərqli bir niyyətdir.

Əgər doğrudan da Vətəni sevirsinizsə, onun uğuru üçün çalışın.

Qələminizi, sözünüzü, enerjinizi anti-Azərbaycan dairələrə yox, Azərbaycanın inkişafına yönəldin. Unutmayın, Vətən birdir — və onu sevənlər həmişə birlikdə olmalıdır!”.

Ülviyyə Həmzəyeva

Milli Məclisin deputatı

Mənbə: Bizimyol.İnfo

Aynur Camal

Oxşar xəbərlər

Yap Kəngərli Rayon Təşkilatı – 21

Aynur Camal

Turistləri daşıyan avtobus minik avtomobili ilə toqquşdu: 30 nəfər yaralandı

Teymur Əziz

DİN xəbərdarlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu