14 C
Baku
19 Sentyabr 2024, 4:57
Baş xəbərDünya

Vəba epidemiyası yenidən başlayıb

2022-ci ilin mart ayında Malavidə başlayan və təxminən 2 min insanın ölümünə səbəb olan vəba epidemiyasının bitdiyi elan edildikdən 2 ay sonra yeni halların qeydə alındığı açıqlanıb. Afrika mətbuatında çıxan xəbərlərə görə, Malavinin şimalında Çitipa və cənubda Maçinqada yeni vəba halları qeydə alınıb.

Chitipa Regional Səhiyyə İdarəsi, keçən həftə yenidən başlayan epidemiyadan sonra 22 yeni hadisənin qeydə alındığını, bir nəfərin öldüyünü və 8 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Regional Səhiyyə İdarəsinin sözçüsü Wongani Nyirenda, yeni hallardan sonra epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə başladıqlarını söyləyib.

Təmiz və təhlükəsiz suyun istifadəsini təmin etmək üçün işlərini davam etdirdiklərini vurğulayan Nyirenda, təmiz su ilə təmin etmək üçün xalqa bəzi xlor və su təmizləyici qurğular təqdim etdiklərini izah etdi. Nyirenda həmçinin qeyd edib ki, səhiyyə işçiləri bu sahədə insanları gigiyena mövzusunda maarifləndirməyə davam edirlər.

Malavi Sağlamlıq Equity Şəbəkəsinin icraçı direktoru Corc Cob bildirib ki, epidemiyanın bərpası narahatlıq doğurur.

“Ümidimiz və gözləntimiz nəfəs almağımız idi” -deyən Jobe, 2022-ci ildən bəri vəba xəstəliyindən çox əziyyət çəkdiklərini söylədi.

Yenidən eyni prosesdən keçmək istəmədiklərini ifadə edən Jobe, “Bu vəziyyət Malavinin hələ də təhlükəsiz su təmin etməkdə çətinliklərin öhdəsindən gələ bilməyəcəyini göstərir. Əlləri sabunla yumamaq, açıq tualetlər kimi gigiyena mövzularında da problemlərimiz var” deyib.

Həftənin əvvəlində yerli mediaya verdiyi açıqlamada Səhiyyə Nazirliyinin rəsmiləri malavililərin panikaya düşməməli olduqlarını və hökumətin xəstəliyin yayılmasına nəzarət etmək üçün tədbirlər gördüyünü bildiriblər.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

ABŞ sentyabrın 15-dək qoşunlarını Nigerdən çıxaracaq

İntizar Əmirova

Maşın tramvay yolunda dirəyə çırpılaraq ikiyə bölündü: 1 nəfər öldü, 3 nəfər yaralandı

Teymur Əziz

Berlində aktivistlər məşhur rok qrupunun qərargahına hücum etdilər – FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu