Bugun.tv xəbər verir ki, “Pinna Legal” hüquq firması İdman Arbitraj Məhkəməsinin (CAS) rusiyalı fiqurlu konkisürən Kamilla Vəliyevanı diskvalifikasiya ilə bağlı qərarından İsveçrə Ali Məhkəməsinə şikayət etmək qərarına gəlib. Bu barədə “The Times” yazır.
Mənbənin sözlərinə görə, vəkillər Lozannada yerləşən İsveçrənin Ali Məhkəməsinə müraciət etməyi planlaşdırırlar. Qeyd olunur ki, tərəflər CAS-ın qərarından sonra 30 gün ərzində məhdud əsaslarla şikayət vermək hüququna malikdirlər.
Ötən gün CAS bildirib ki, Vəliyevanın işi üzrə tam qərar fevralın 9-11-də dərc oluna bilər. Eyni zamanda, məhkəmə bəzi məlumatların məxfi qala biləcəyini qeyd edib.
Ötən ay CAS Vəliyevanı dörd il müddətinə diskvalifikasiya edib. Dayandırılma müddəti 25 dekabr 2021-ci il tarixindən başlayır. Sonra onun nümunəsində qadağan olunmuş trimetazidin dərmanının izləri aşkar edilib.
Mənbə lenta.ru