19 C
Baku
8 Sentyabr 2024, 3:46
Baş xəbərSosial

Vətən müharibəsi iştirakçılarına sosial-psixoloji dəstək göstərildi

Bugun.tv xəbər verir ki, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinə təqdim edilən  “Vətən Müharibəsində iştirak edən qazilərə sosial-psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihə qalib olub.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə Babayeva layihənin məqsədi haqqında danışıb. Onun sözlərinə görə, Lənkəran şəhərində və Göygöl rayonunda, hər birində 20 nəfər olmaqla, ümumilikdə 40 nəfər ağır, sosial-psixoloji vəziyyətdə olan Vətən Müharibəsində iştirak edən qazilərə xidmətlər göstəriləcək. Bundan başqa onların problemlərinin aradan qaldırılması üçün dəstək veriləcək.

“Hər rayonda 20 nəfər olmaqla Vətən Müharibəsində iştirak edən qazilərə 5 psixoloji seansın keçirilməsi, iştirak edən qazilərə sosial-psixoloji və fiziki sağlamlıq, iqtisadi vəziyyətini yaxşılaşdırmaq, məşğulluq problemlərinin həllində köməklik göstərmək nəzərdə tutulub”.

Qeyd edək ki, layihə çərçivəsində Göygöl rayonunda 20 nəfər Qarabağ Müharibəsi Qazilərinin iştirakı ilə dəyirmi masa keçirilib. Seminarda müxtəlif dövlət qurumlarının əməkdaşları, Göygöl rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə QHT üzvləri, psixoloqlar, tibb işçiləri iştirak ediblər.

Öncə, layihə rəhbəri, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə Babayeva  seminara gələnləri salamlayıb, Azərbaycanın Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin prioritetləri qazilərimizin diqqətinə çatdırılıb. Rayon ərazisində qazilərə verilən dəstək, qanunvericilikdə nəzərdə tutulan hüquqlar, görülən işlər, problemlər  və həlli yolları müzakirə edilib. Onların verdiyi təkliflər dillənilib, həlli yolları müzakirə olunub. Psixoloq tərəfindən ilkin konsultasiya tipli məsləhətlər verilib.

Sonda xatirə şəkili çəkdirilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Bu gün Ağdaban soyqırımının 31-ci ildönümüdür”

Nigar Məmmədova

Taksidə silahlı hücum

Bugün TV

Qayıq batdı! 94 nəfər həyatını itirdi!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu