10 C
Baku
22 Dekabr 2024, 15:20
Baş xəbərDigər

Vətəndaşların nəzərinə

Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub

Bugun.tv xəbər verir ki, son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətləri qeydə alınır.

Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı “e-mail” xidmətinin oxşar versiyasına yönəldilir.

Xarici dövlətlərə aid mənbələrdən, eləcə də Europol və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanmışdır.

Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur.

DİN Mətbuat Xidməti

Kəmalə Sultan

Oxşar xəbərlər

Jalə Əhmədova: “Azərbaycan-Qazaxıstan əlaqələri günbəgün daha da inkişaf edir”

Nigar Məmmədova

Joao Felix “Qalatasaray”ı təqib edir

Bugün TV

Dubay şokoladı: bu nədir və niyə bu qədər populyardır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu