20 C
Baku
12 Sentyabr 2025, 15:07
Siyasət

V.Bayramov: “Füzuli rayonundakı problemlərin tezliklə həll olunacağına ümid edirəm”

“Füzuli rayonunda 427 fərdi yaşayış evi hazırda qəzalı vəziyyətdədir. Həmin evlər Birinci Qarabağ Müharibəsi zamanı ziyan görüblər və onlar daha sonra qismən təmir olunsalar da, əsaslı təmirə ehtiyac var. Bu məsələ ilə bağlı Füzuli rayonunda keçirdiyimiz görüşlərdə bizə mütəmadi müraciətlər daxil olur. Milli Məclisinin dünənki iclasında 2022-ci il Nazirlər Kabinetinin fəaliyyətinə dair hesabatla bağlı çıxışım zamanı həmin evlərin əsaslı təmirinə dəstək olunmasını Baş Nazirdən xahiş etdim. Ümid edirik ki, bu istiqamətdə daha qısa zamanda addımlar atılacaq”.

Bugun.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz Facebook hesabındakı paylaşımında qeyd edib.

“Eyni zamanda, Füzuli rayonunun qəsəbələrində də içməli su problemi də var. Qaydış və Zobcuq qəsəbələrində bu problemlərin qısa zamanda həlli daha aktualdır. Hökumətdən bu məsələyə dəstək olmasını istədim”,- deputat bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Baş alman diplomatı “Taurus” raketlərinin Ukraynaya veriləcəyini istisna etmir

Bugün TV

Müdafiə Nazirliyinin məlumatı

Kəmalə Sultan

Kağız fabrikində yanğın: 8 nəfər ölüb, 26 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu