3 C
Baku
14 Dekabr 2025, 23:15
Baş xəbərSosial

V.Eyvazov vətəndaşları qəbul etdi

Bugun.tv-nin məlumatına görə, daxili işlər naziri Sabirabadda vətəndaş qəbulu keçirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün Sabirabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Sabirabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarından qəbula gələn 132 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.

Aynur Camal

Oxşar xəbərlər

Ekskovator minaya düşdü

Kəmalə Sultan

Qəsb dəstəsinə qarşı əməliyyat oldu: 12 həbs var

Bugün TV

“Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu