24 C
Baku
12 Oktyabr 2025, 14:49
Siyasət

V. Putin A. Lukaşenkondan V. Zelenski ilə danışmağı xahiş edib..

Rusiya prezidenti V. Putin Belarus lideri A. Lukaşenkondan V. Zelenski ilə danışaraq üçtərəfli görüş üçün təklif irəli sürüb.

D. Trampın V. Zelenski ilə üçtərəfli görüş təklifindən imtina edən V. Putin A.Lukaşenkonu minnətçi kimi ortaya atıb. Bununla V. Putin danışıqlara hazır olduğunu bəyan edir. Çox güman ki, görüş yeri kimi Minskdə keçirilməsi vurğulanacaq.

Bu barədə şərhi politoloq Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşıb.

Politoloq qeyd edib ki, A. Lukaşenko təkliflə çıxış edəndə təhdid dilində danışıb: “Ukrayna dayanmasa, qalan əraziləri itirəcək”.

Bu ifadə ilə üç tərəfli görüş təklifinin üstündən xətt çəkmiş oldu. Belə bir yönü Kiyev qəbul etməyəcək. Rusiya üç il ərzində Ukraynanı işğal edə bilmədi. Bundan sonra, zəif ordu ilə öz məqsədlərinə çatması mümkün görünmür.

Qeyd edim ki, ABŞ və Avropanın birgə hərbi dəstəyi fonunda Ukrayna Donbasda uğurlu əks-hücuma keçir. Rusiyaya qarşı növbəti genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Krıma ciddi hərbi zərbələr endirilir. Belə bir vəziyyətdə V. Putin V. Zelenski ilə görüş təklifini irəli sürür. Bu, Moskvanın çətin vəziyyətə düşməsi deməkdir. Buna baxmayaraq, V. Putin danışıqlara hazıram mesajını vermiş olur.

Məhz ABŞ prezidenti D. Trampın əsas məqsədi hərbi təzyiqlərlə V. Putini danışıqlar masasına əyləşdirməkdir. V. Putin D. Trampın masasında deyil, öz masında A.Lukaşenkonun vasitəçiliyi ilə Ukrayna ilə danışmaq istəyir.

Təbii ki, Ukrayna prezidenti Qərbin razılığı olmadan belə bir görüşə getməyəcək. Ümumiyyətlə, üç slavyan ölkəsinin birgə danışıqlar masasında oturub razılığa gəlməsi mümkün deyil. Çünki, V. Putin V. Zelenskidən Ukraynanın təslim olmasını istəyəcək. V. Putin hesab edir ki, V. Zelenski görüşə gəlirsə, deməli, təslim olmalıdır.

Ümumiyyətlə, Belarus prezidentinin vasitəçiliyi Ukrayna tərəfindən qəbul edilməsi gözlənilmir.

Siyasi ekspert, politoloq Məhəmməd Əsədullazadə 

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya İranı İsrail-Fələstin böhranının həllində “rol almağa” çağırır

Bugün TV

Nazir Peter Siyartonun Azərbaycana səfəri başlayıb

Aynur Camal

“Dünyanın bir sıra hərbi mərkəzlərində Ordumuzun strategiyası öyrənilir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu