19 C
Baku
12 Oktyabr 2025, 12:42
Siyasət

V. Putin NATO ilə Ukraynada döyüşdüklərini qeyd etdi..

“Rusiya prezidenti V. Putin “Valday” diskusiya klubunda çıxışı tam olaraq Qərbə həsr etmişdi. Ukraynanın son aylar Rusiyanın ərazilərinə sarsıdıcı zərbələri, ABŞ-ın Ukraynaya artan hərbi dəstəyi, yeni raketlər verməsi V. Putini aqressiv mövqe ortaya qoymasına sövq edib. V. Putin hesab edirdi ki, Qərb Alyansını parçalayacaq və Ukraynada istədiyini edib iki qütbülü siyasi nizam quracaq. Amma, ABŞ və Avropanın fikir ayrılıqlarını kənara qoyub vahid cəbhədə birləşməsi, V. Putinin planlarının üstündən xətt çəkmiş oldu. V. Putin Ukraynada hərbi əməliyyatlarla planı reallaşdırmaq mümkün olmadığı üçün nüvə təhdidinə qabardır. ABŞ başda olmaqla NATO Rusiyanın artıq nüvə təhdidlərinə eyni tonda cavab verməsi, Kreml rəhbəri üçün “soyuq duş” efekti yaradıb.

“Valday” diskusiya klubunda V. Putin geri çəkilmədiyini və döyüşəcəklərini elan etdi.

V.Putin üç il ərzində var qüvvəsi ilə döyüşür. Amma, Ukraynanın şərqində ilişib qalıb. Buna baxmayaraq, Avropanın digər ölkələrinin təhlükəsizliyini təhdid edir. Məhz ABŞ və Avropa bundan sonra, Ukraynaya tam hərbi yardımlar göndərməyə başlayır. Bununla da Rusiya ilə döyüşməyə başlayırlar. Artıq, Rusiyanın döyüş tempi zəifləməyə doğru gedir. Ona görə də V. Putin Ukraynanın Atom Elektrik Stansiyalarinı hədəf göstərir. Bununla, nüvə çirkləndirməsinə gedəcəyindən çəkinmədiyi mesajıni verdi. Halbuki, Ukraynanın Rusiyanın istənilən regionunda AES vurmaq potensialı var. Bunu Ukrayna dəfələrlə sübut edib” deyən politoloq Məhəmməd Əssədullazadə həmçinin vurğulayıb ki, eyni aqibəti Ukrayna Rusiyaya yaşada bilər.

“Təbii ki, Rusiya -Ukrayna müharibəsinin davam etməkdədir, düşünürəm ki nüvə silahına əl atılmayacaq. Rusiyaya hərbi təzyiqlər artıqca, V. Putin D. Trampla yenidən bir araya gəlməyə çalışacaq? kimi suallar da yaranır”.

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

M.Çavuşoğlundan sərt açıqlama

Aynur Əfəndi Zadə

“İrana vurulan “Davud sapandı”..”

Aynur Camal

TÜRKPA Assambleya Şurasının iclası baş tutdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu