Bugun.tv xəbər verir ki, Putinin çıxışından bir neçə saat əvvəl Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket zərbələri ilə hücum edib.
Ukrayna rəsmiləri ölkənin hava hücumundan müdafiə sistemlərinin Rusiya raketlərinin əksəriyyətini məhv etdiyini və itki və ya böyük dağıntının olmadığını bildirib.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Serhiy Popko Telegram-da bildirib ki, artıq mayın əvvəlindən bəri paytaxtı hədəf alan beşinci hücümdur. Və Rusiya “bu gün də mümkün qədər çox mülki vətəndaşı öldürməyə” çalışır.
Ukrayna prezidenti Vladimir Zelenski isə 9 mayı “Avropa Günü” kimi qeyd edəcəyini söyləyib: “Bu gün mən müvafiq fərmanı imzaladım. Hər il mayın 9-dan biz öz tarixi birliyimizi – nasizmi məhv edən və rusizmi məğlub edəcək bütün avropalıların birliyini qeyd edəcəyik”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, “Rusizm” termini ukraynalılar tərəfindən hazırkı prezident Vladimir Putinin hakimiyyəti altında olan Rusiya dövlətini – təxminən, rus faşizmini təsvir etmək üçün istifadə edilib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfəri zamanı Avropanın Ukrayna ilə həmrəy olduğunu bildirib.
Good to be back in Kyiv.
Where the values we hold dear are defended everyday.
So it is such a fitting place to celebrate the day of Europe.
I welcome President @ZelenskyyUa's decision to make 9 May Europe Day also here in Ukraine. pic.twitter.com/MEGOEfgyIq
— Ursula von der Leyen (@vonderleyen) May 9, 2023
“Ukraynanın Avropa gününü qeyd etməsini alqışlayırıq. Biz həmişəki kimi, Ukraynaya hava hücumundan müdafiə vasitələri və sursat da daxil olmaqla 1,2 milyard dollarlıq yeni hərbi yardım verəcəyik”.
Xatırladaq ki, Demokratik Təşəbbüslər Fondunun bazar ertəsi dərc etdiyi sorğu göstərir ki, ukraynalıların 67%-dən çoxu Rusiya ilə müharibənin yalnız Ukraynanın qələbəsindən sonra bitə biləcəyini deyib.
Həmçinin, respondentlərin 82%-i Rusiya prezidenti Vladimir Putinlə nasist Almaniyasının lideri Adolf Hitler arasında heç bir fərq olmadığını bildirib.
Mənbə: voa.news